Kerri: ABŞ kürdlərin müstəqilliyini dəstəkləmir

Kerri: ABŞ kürdlərin müstəqilliyini dəstəkləmir
  • DÜNYA

“Rəsmi Vaşinqton vahid Suriyanın tərəfdarı olaraq kürdlərə müstəqillik verilməsini dəstəkləmir”.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib.

“Biz vahid Suriya tərəfdarıyıq. Kürdlərin müstəqillik təşəbbüsünü dəstəkləmirik. Kürd qüvvələrinin bəzi nümayəndələri ilə işimiz məhdud əsasda aparılıb.

Biz bunun Türkiyə üçün həssas məsələ olduğunu anlayırıq”, - deyə C.Kerri Cenevrədə Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib.

Sergey Lavrov, öz növbəsində qeyd edib ki, kürdlər Suriya dövlətinin bir hissəsi olmalıdırlar. 

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR