Kənd təsərrüfatı nazirinə yeni müavin təyin olunub

Kənd təsərrüfatı nazirinə yeni müavin təyin olunub

İlhamə Qədimova kənd təsərrüfatı nazirinin müavini təyin olunub.

Nazirlikdən Aktual.az-a verilən məlumata görə, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.
İ.Qədimova bu təyinata qədər Nazirlikdə Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.
Qeyd edək ki, İ.Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktordur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında Hüquqi təminat şöbəsində baş məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
Aktual.az
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR