Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

Kəmaləddin Heydərov  vətəndaşlarla görüşəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 30-da Neftçala şəhərində vətəndaşlarla görüşəcək.

Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, qəbul Neftçala rayonun Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-da olacaq.
Görüşdə Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşların qeydiyyatı Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında oktyabrın 29-da saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Xəbər 714 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR