Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 27-də saat 11.00-da Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, qəbulda yalnız Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında noyabr 26-da saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR