Kannda qadını çimərlikdə hicaba görə cərimə etdilər

Kannda qadını çimərlikdə hicaba görə cərimə etdilər
  • DÜNYA

Fransız müsəlman qadın Kannda çimərlikdə baş örtüyü ilə gəzdiyinə görə, 11 avro cərimələndiyini, bununla yanaşı, irqçiliyə əsaslanan təhqirlərə məruz qaldığını bildirib. 

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın BBC xidməti məlumat yayıb. 

Əslən Tuluzadan olan, Siam adlı qadın iki uşağı ilə çimərlikdə gəzirmiş. 

Onun sözlərinə görə, ona yaxınlaşan üç polis geyiminin “yanlış” olduğunu deyib. Bu zaman onların ətrafına insanlar toplaşıb, kim isə “Evinə get!” deyə qışqırıb. 

Daha öncə Kann şəhərinin meri müsəlman qadınlarının geyindiyi burkini adlı çimərlik geyimini çimərliklərdə qadağan edib.

Amma Siam burkini deyil, baş örtüsü, leqqins və tunika geyindiyini söyləyib. O, həmçinin dənizdə çimməyi planlaşdırmadığını deyib. 

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR