Dövlət Dumasında deputatların rotasiyasını keçirmək lazımdır ki, parlamentarlar başqa iş görə bilənlərlə əvəzlənsin.
Bunu Rusiya Liberal-Demokrat Partiyasının fraksiya lideri Vladimir Jirinovski bəyan edib.
O, Rusiya Kommunist Partiyası fraksiyasının iki nümayəndəsinin narazılığı ilə bağlı açıqlama verib.
Ötən həftə onlar zalda pis hava olduğuna görə iclaslarda uzun müddət otura bilmədiklərini, evdə isə yemək verilməyən ərlərinin qaldıqlarından gileyləniblər.
"Bəzi deputatlara çətindir. Onlıar deyinməyə başlayıblar – bu yolverilməzdir. Bütün parlamentlərdə bəzən gecə yarısına qədər işləyirlər. Bu hər gün baş vermir – ayda, iki ayda bir dəfə, büdcə müzakirə olunanda. Qalan bütün iclaslar axşamüstü saat 6-da qurtarır”, - Jirinovski deyib.
Partiya lideri rotasiya təklif edib.
"Səhvən buraya düşən deputatlara, bura uyğun gəlməyənlərə, ağırdır, ailədə onları gözləyirlər, buyurun. Onlar evə borş bişirməyə getsinlər, yerlərinə başqaları gəlsin”, - Jirinovski əlavə edib.
Onun sözlərinə görə, Rusiya Liberal Demokrat Partiyasına belə problem yoxdur. Ona görə ki, bu fraksiyanın deputatlarının yaşları 40-a qədərdir, onlar Dövlət Dumasında işləməkdən xoşbəxtdirlər.
"Yeddi çağırış oturan nənələrə, əlbəttə, onlar üçün çətindir. Onlar mətbəxdə daha çox olmaq istəyirlər və bu təbiidir”, - fraksiya lideri vurğulayıb.//Terefdar.az
Xəbər 2398 dəfə oxunub.