İtmiş təyyarə ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO

İtmiş təyyarə ilə bağlı ŞOK TƏFƏRRÜAT   - FOTO

Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin Boeing 777-200 sərnişin təyyarəsinin yoxa çıxması ilə bağlı araşdırmada yeni fakt aşkarlanıb.

Milli.Az New York Magazine-ə istinadən bildirir ki, MH370 reysi ilə Kuala-Lumpurdan Pekinə uçan Boeing 777−200 təyyarəsində 227 sərnişin və 12 heyət üzvü vardı. Təyyarə 2014-cü ilin martınq 8-də radarlardan yoxa çıxıb. Axtarışlar hələ də bir nəticə verməyib.

Fəqət, illər sonra təyyarənin ayrı-ayrı fraqmentləri Hind okeanının şərq hissəsində və Afrika sahillərində peyda olmağa başlanıb. Qırıntılar təyyarənin okeana düşdüyü güman edilən yerdən minlərlə kilometr aralıda tapılır.

İndissə bəlli olur ki, yoxa çıxmış təyyarənin pilotu Zahari Əhməd Şah evdəki aviatrenajorda Hind okeanının cənub hissəsinə "uçuşlar" edib və ən başlıcası, bu uçuşları təyyarəni okeana salmaqla bitirib.

Malayziya polisi ABŞ-ın Federal Təhqiqat Bürosuna HD disklər verib. Bu diskdə pilotların evdəki aviasiya simulyatorunda hazırladığı marşrutlar var.

FTB təyyarənin yoxca çıxmasından bir neçə həftə əvvəl "Flight Simulator X" proqoramında yadda saxlanmış 6 nöqtəni bərpa edib.

Marşrutların analizi göstərir ki, Əhməd Şah simulyatorda təyyarəni Kuala-Lumpur hava limanından səmaya qaldırandan sonra şimal-qərbə uçmağa başlayır, Malakk boğazını keçəndən sonra təyyarəni sola döndürür və Hind okeanının cənubuna hərəkət edir. Uçuş təyyarənin yanacağı başa çatanda laynerin okeana düşməsi ilə başa çatır.

İstintaq hesab edir ki, Əhməd Şah proqramdakı marşurutu reallıqda da gerçəkləşdirib.

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR