İstirahət günlərində yol qəzalarında 4 nəfər ölüb

İstirahət günlərində yol qəzalarında 4 nəfər ölüb

Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dekabr ayının 14-dən 16-dək örədilən 36 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Xəbər 174 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR