İstanbuldakı partlayışda 1 azərbaycanlı ölüb

İstanbuldakı partlayışda 1 azərbaycanlı ölüb

Bu gün İstanbulda baş verən terror aktı zamanı bir azərbaycanlı həlak olub.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə `TRT Haber` məlumat yayıb.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, hazırda həmin şəxsin kimliyi araşdırılır.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan isə bildirilib ki, terror aktı zamanı xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib.

Terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.

Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır.

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR