İstanbulda Türkiyənin ən məşhur pişiyinə heykəl qoyuldu – FOTO

İstanbulda Türkiyənin ən məşhur pişiyinə heykəl qoyuldu   – FOTO
  • DÜNYA

İstanbulda Türkiyənin ən tanınmış pişiyinə heykəl qoyulub.

Oxu.Az “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, “Tombili” adlı pişik bu ilin avqust ayında ölüb. 

Heyvan sosial şəbəkələrdə yayılan fotodan sonra məşhurlaşıb. 

İstanbulun Kadıköy dairəsinin merinin sözlərinə əsasən, pişiyə heykəl qoyulması barədə müraciəti 17 min sosial şəbəkə istifadəçisi imzalayıb.

Bildirilir ki, yerli heykəltəraş Seval Şahin məşhur “Tombili”nin heykəlini pulsuz hazırlayıb.

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR