İspaniyada ABŞ-ın tələbi ilə Rusiya vətəndaşı tutulub

İspaniyada ABŞ-ın tələbi ilə Rusiya vətəndaşı tutulub
  • DÜNYA

Rusiya vətəndaşı ABŞ-ın tələbi ilə İspaniyanın Valensiya şəhərinin hava limanında saxlanılıb.

"Report”un xəbərinə görə, bu barədə RİA "Novosti”yə Rusiyanın Madriddəki səfirliyindən məlumat verilib.
Hadisə sentyabrın 20-də baş verib. Saxlanılan şəxsə Rusiyanın Barselonadakı Baş Konsulluğunun əməkdaşı baş çəkib. "Onun işində yerli vəkil iştirak edir. Səfirlik vəziyyətin inkişafını yaxından izləyir”, – diplomatik nümayəndəlik əlavə edib.
"Las Provincias” qəzetinin məlumatına görə, Rusiya vətəndaşı Aleksandr K. həyat yoldaşı və oğlu ilə birlikdə İspaniyaya gəlib. Nəşrin məlumatına görə, o, FTB-nin tələbi ilə saxlanılıb.
Saxlanılan şəxs internet vasitəsilə saxta sənədlərdən istifadə edərək çoxmilyonlu fırıldaqçılıqda ittiham olunur.
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR