İslandiyaya evlənməyə getməyə hazırlaşan kişiləri məyusedici XƏBƏR

İslandiyaya evlənməyə getməyə hazırlaşan kişiləri məyusedici   XƏBƏR
  • DÜNYA

Ölkədə yaranan kişi qıtlığının qarşısını almaq üçün İslandiya dövlətinin onların qadını ilə evlənən immiqrant kişilərə ayda 5 min dollar ödəməklə bağlı qərar qəbul etdiyi haqqında yayılmış xəbərlər yalandır.

Milli.Az İceland Review-ya istinadən bildirir ki, İslandiyanın Xarici İşlər Nazirliyi olayla bağlı xüsusi bəyanat yayıb. Bəyanata görə, "evlənməyə görə pul" xəbərini qeyri-ciddiliyi, uydurma və absurd xəbərləri ilə ad çıxarmış thespiritwhispers.com saytı yayıb, sonra da müxtəlif ölkələrin kütləvi informasiya vasitələri bu məlumatı tirajlayıblar.

"Həmin saytdakı xəbərin yalan olduğunu anlamaq üçün, yetər ki, mətni oxuyasınız. Mətn çox bisavad şəkildə, qrammatika və orfoqrasiya qaydalarının kobud şəkildə pozulması ilə yazılıb", - XİN-nin bəyanatında deyilir.

Xəbər 766 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR