"İSESCO Azərbaycanın mövqeyini dəstəkləyir"


Son illərdə İSESCO-nun fəaliyyətində böyük uğurlar əldə edilib və çox sevindirici haldır ki, Azərbaycanın da bu uğurların əldə olunmasında əhəmiyyətli rolu olub.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev İSESCO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı sessiyasında çıxışı zaman deyib.

Ə.Qarayev bildirib ki, İSESCO-nun Azərbaycanda keçirilən tədbirlərinin böyük əhəmiyyəti var.

Nazir bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri elan edilməsi Azərbaycan ilə İSESCO arasında yüksək əməkdaşlığın bariz nümunəsidir.

Ə.Qarayev Dağlıq Qarabağ münaqişəsində İSESCO-nun Azərbaycanın mövqeyini dəstəklədiyini də diqqətə çatdırıb və buna görə təşkilata təşəkkürünü bildirib: “Azərbaycanın ən böyük və ağrılı problemində İSESCO birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyir və bu, İSESCO-nun bütün üzvlərinin mövqeyini əks etdirir”.

Nazir bildirib ki, İSESCO-nun fəal mövqeyi İslam mədəniyyətinin, təhsilinnin səviyyəsini dünya miqyasında sübut etməyə və İslam dininin sülhsüvər bir din olduğunu dünyaya çatdırmağa imkan verir.

Qeyd edək ki, Azərbaycan 23-27 noyabr 2015-ci il tarixlərində İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edir.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 25 iyul 2015-ci il tarixli 1337 nömrəli Sərəncama əsasən, Azərbaycan 23-27 noyabr 2015-ci il tarixlərində İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 23 sentyabr 2015-ci il tarixli 79 nömrəli Sərəncamı ilə tədbirin keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Konfransda müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq və qəbul ediləcək qərarlar islam ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verəcək.

İSESKO-nun İcraiyyə Şurası Asiya, Afrika və Ərəb regionlarını əhatə edən 52 üzv dövlətin nümayəndəsindən ibarət olmaqla ildə bir dəfə öz toplantısını keçirir. Toplantıda Baş direktorun təşkilatın proqramı və fəaliyyəti ilə bağlı inkişaf üzrə tərəqqi hesabatı, maliyyə hesabatı nəzərdən keçirilir, İSESKO büdcəsinə üzv dövlətlərin maliyyə töhfələri qiymətləndirilir.

Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir keçirilir. İSESKO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş konfrans zamanı təşkilatın fəaliyyət sferalarına aid olan məsələlərlə bağlı koordinasiya və qiymətləndirmə həyata keçirilir, təşkilatın növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

Tədbirdə beynəlxalq təşkilat və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar, dünyanın tanınmış simaları və media nümayəndələrinin iştirak edir.

Tədbirə ev sahibliyi edən ölkə nümayəndəsinin XII Baş Konfransın Prezidenti seçilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Respublikası 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.

Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR