İşə düzəltmə xidməti adı altında insanlar belə aldadılır – VİDEO

İşə düzəltmə xidməti adı altında insanlar belə aldadılır – VİDEO

Son günlər işə düzəltmək adı ilə dələduzluq hallarına daha biri əlavə olunub. İşə düzəltmə xidməti göstərdiyini bildirən "Xəzər servis” adlı şirkət xeyli sayda insanı aldadıb.

İnsanları müxtəlif firmalara yönəldən şirkətdən bildirilib ki, həmin qurumlar da onlara məxsusdur və əmək haqqını özləri verəcəklər. İşə düzələn şəxslər isə şirkətin onlara vəd etdiyi maaşın böyük bir hissəsini ödəmədiyini deyirlər.

Şikayətçilər iddia edirlər ki, işə düzəltmə şirkəti onlara digər vədlər də verib.

"Xəzər Xəbər”in əməkdaşları bu iddiaların düzgün olub-olmadığını öyrənmək üçün həmin işə düzəltmə şirkətinin ofisinə üz tutub. Lakin şirkət işçiləri bu barədə açıqlama verməkdən imtina ediblər.

Mütəxəssislər bildirirlər ki, belə halların qurbanları hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Aktual.az  "Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər 613 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR