“İsa Qəmbərin insult keçirməsi barədə yayılan xəbər yalandır”

“İsa Qəmbərin insult keçirməsi barədə yayılan xəbər yalandır”

"İsa Qəmbərin insult keçirməsi barədə yayılan xəbərlər doğru deyil. Elə bir şey olsaydı, mən də onunla Türkiyəyə gedərdim. 5 dəqiqə bundan qabaq həkimlə danışmışam. Elə bir şey yoxdur”.


Bu sözləri İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbər Modern.az-a həyat yoldaşının insult keçirməsi barədə yayılan xəbəri şərh edərkən deyib. O, kimlərinsə bilərəkdən yalan xəbər yaydığını bildirib.

Aida Qəmbər xəbərin mətbuatda yazılmasına da aydınlıq gətirib. "Bilirəm ki, mətbuatın işi xəbər yazmaqdır. Buna etiraz etmirəm. Amma İsa Qəmbərin səhhətində ciddi bir şey yoxdur. Düzdü, müəyyən, kiçik problemlər vardı. O da həll olunub. Hətta Azərbaycan mətbuatının hər bir əməkdaşı Türkiyənin Hacəttəpə Universiteti klinikasının həkimi ilə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilər”.

Qeyd edək ki, virtualaz.org-a Səhiyyə Nazirliyindəki mənbələrə istinadən Musavat Partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirməsi və beyninə qan sızması barədə xəbər yayıb.

Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR