İsa Qəmbər və Arif Hacılı da namizəd olmayacaq

İsa Qəmbər və Arif Hacılı da namizəd olmayacaq

Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Aktual.az xəbər verir ki, bu barədə APA-ya İsa Qəmbər özü məlumat verib.
"Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - deyə o bildirib.
Müsavat Məclisinin sədri Arif Hacılı da növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini verməyəcəyini açıqlayıb.
Xəbər 898 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR