"Məktəb bazarı xırda tacirlərin əlindədir. Rəqabətli bazardır və yüzlərlə sahibkarlar iştirak edir. Eyni zamanda, vətəndaşlar onlayın ticarət vasitəsi ilə məktəb ləvazimatlarını xarici ölkələrdən də gətirə bilər. Hər hansı süni qiymətdən söhbət getmir”.
Aktual.az xəbər verir ki,bunu açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Ekspert bildirib ki, sentyabr ayında məktəb ləvazimatlarının alışında aktivlik müşahidə edilir:
"Sahibkar da daha çox qazanmaq istəyir. Təlabat artdığından qiymətlər də arta bilir. Ənənəvi olaraq bu aylarda məktəb ləvazimatlarının qiyməti bir qədər artır. 15 sentyabr yaxınlaşdıqca da güman etmirəm ki, qiymətlərdə enmə müşahidə olunacaq”.
Xalid Kərimli bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il vətəndaşlar daha çox onlayın ticarətlə geyim sifariş edirlər:
"Bu bazarın xırda tacirləri də elə Azərbaycan vətəndaşlarıdır. Məktəb ləvazimatlarının heç biri Azərbaycanda istehsal olunmur, hamısı xaricdən idxal olunur. Hətta şirkətin yerli adını yazsalar da xammalın əhəmiyyətli hissəsi xarici ölkələrdən gəlir. "Niyə istehsal edə bilmirik” sualını versək deyəcəyik ki, istehsal bizə hətta xaricdən baha başa gələcək. Ucuz edə bilməyəcəyik, ona görə də istehsal təşkil edə bilmirik. Bunlar idxaldan gələn qiymətlərdi, sahibkar da özünün müəyyən qiymətini qoyur və sonra satır”.
Ekspertin sözlərinə görə, dövlət bu qiymətləri tənzimləmir:
"Əgər vətəndaşın gəlirləri fiksə edilibsə, yəni stabildirsə, onun sosial vəziyyəti daha da pisləşir”./Qaynarinfo
Xəbər 373 dəfə oxunub.