İraqın daha bir şəhəri İŞİD-dən təmizləndi

İraqın daha bir şəhəri İŞİD-dən təmizləndi
  • DÜNYA

Ölkə.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Mosulun azad edilməsi uğrunda əməliyyatlar çərçivəsində daha bir şəhər İŞİD terrorçularının işğalından azad edilib.

"İki günlük intensiv döyüşlər nəticəsində Əl-Qəyyar şəhəri terrorçulardan təmizlənib, şəhərdəki hökumət binaları üzərində İraq bayrağı ucaldılıb",- deyə iraq ordusunun polkovniki Emin Şeyxani agentliyə bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri şəhərin bütün giriş və çıxışlarını nəzarət altına aldıqları üçün terrorçular şəhərdən çıxa bilməyiblər. Onların hamisi Əl-Qəyyar şəhəri ərazisində məhv edilib.

İraq ordusu Əl-Qəyyar şəhərinə bir gün əvvəl hücuma keçib və şəhəri mühasirəyə alıb. Əl-Qəyyar Mosul şəhərindən 60 km. cənubda yerləşir.

Xatırladaq ki, İraq Müdafiə Nazirliyi iyunun 12-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyatların ikinci mərhələsinin başlandığını elan etmişdi.

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR