İrandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

İrandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının özü ilə gətirdiyi əl yükləri piyada keçid xəttindəki rentgen yoxlama qurğusundan keçirilən zaman şübhəli cizgilər müşahidə olunub.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş əl yüklərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı müxtəlif şüşə qab-qacaq olan 5 qutunun içərisində gömrük nəzarətindən gizlədilən, üzərində "Manchester" yazılan 6400 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR