İranda əhali höküməti TƏƏCCÜBLƏNDİRDİ

İranda əhali höküməti TƏƏCCÜBLƏNDİRDİ
  • DÜNYA

İranda edam hökmlərinin icrasına tamaşa etmək üçün polis və məhkəmə orqanlarının əhalini dəvət etməsi bu dəfə cavabsız qalıb. 

Aktual.az 1xəbər.com-a istinadən bildirir ki, İranın Kirmanşah vilayətinə bağlı Rəvansər şəhərində keçmiş şəhər prokurunu öldürməkdə təqsirləndirilən 33 yaşlı məhkumun edamına insanlar qatılmayıb.

Edam polis və məhkəmə işçilərinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, İran rəsmiləri insanları cinayətdən çəkindirmək məqsədilə edamın icrasına baxmaq üçün əhalini dəvət etdiklərini bildirirlər.

Mütəxəssislər isə deyir ki, bu cəza növü insanlar üzərində, xüsusilə də azyaşlılarda ciddi psixoloji problemlər yarada bilər. Onların fikrincə, artıq edama tamaşa insanları cinayətdən nəinki çəkindirmir, əksinə potensial cinayətkar ruhu formalaşdırır.

Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR