İran vətəndaşları Azərbaycana narkotik keçirərkən həbs edilib

İran vətəndaşları Azərbaycana narkotik keçirərkən həbs edilib

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Aktual.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən bildirilib.
Məlumata görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu il yanvarın 2-də "Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşları – 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçirilərkən daxili orqanlarından, ümumilikdə, 392 qram narkotik maddə olan heroin aşkar olunub.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il yanvarın 3-də Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Danil Səfərəli oğlu Məmmədov saxlanılıb.
Fakt üzrə cinayət işi başlanılıb, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR