İnterpol Tiflisdəki bürosu və Gürcüstan Daxili İşlər Nazirliyi Patrul Polis Departamentinin Kvemo Kartli üzrə İdarəsinin həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Qırmızı Körpü sərhəd-nəzarət keçid məntəqəsində İnterpolun Türkiyə Milli Bürosunun axtarışa verdiyi 1967-ci il təvəllüdlü H.G. adlı şəxs saxlanılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Saxlanılan şəxsə qarşı Türkiyə Cinayət Məcəlləsinin 109/1, 105/1, 53, 43, 63 maddələri ilə (cinsi zorakılıq) cinayət işi qaldırılıb. Onun Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.
Aktual.az
Xəbər 950 dəfə oxunub.