İnsan alverinə görə axtarışda olan 26 yaşlı qadın tutulub

İnsan alverinə görə axtarışda olan 26 yaşlı qadın tutulub

 Polis axtarışda olan şəxsi tutub.


"Report” xəbər verir ki, Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan Hüseynova Günel Bəylər qızı DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Onun günahı sübuta yetiriləcəyi təqdirdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, G.Hüseynova 1992-ci ildə Daşkəsən rayonunda anadan olub. Gəncə şəhər sakinidir.

 
Aktual.az
Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR