İngiltərədən Mumbaiyə uçan təyyarə Bakıya təcili eniş etdi

İngiltərədən Mumbaiyə  uçan təyyarə Bakıya təcili eniş etdi

Londondan Hindistanın Mumbai şəhərinə uçan təyyarə Heydər Əliyev adına Hava limanına təcili eniş edib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Sərnişinə təcili tibbi yardım göstərilib.

Qeyd edək ki, “Air İndia”ya məxsus “Aİ 130” tipli təyyarədə 229 nəfər sərnişin olub. Təyyarə ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından yola düşüb. Bu səhər saat 04:00-da isə Mumbainin Çatrapati beynəlxalq hava limanına enməsi planlaşdırılıb.

Məcburi enişlə əlaqədar təyyarənin bu gün saat 13:00-da Mumbaiyə çatması gözlənilir.

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR