İngiltərə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb

İngiltərə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb

İngiltərənin "Nyukasl" futbol komandası baş məşqçisi Rafael Beniteslə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. Klub təcrübəli məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Rafael Benites 2016-cı ilin martından "Nyukasl"a rəhbərlik edirdi. O, 2005-ci ildə "Liverpul"la Çempionlar Liqasını, 2013-cü ildə isə "Çelsi" ilə Avropa Liqasını qazanıb. 
Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR