İndiyədək 361,5 milyon manat ƏDV geri qaytarılıb

İndiyədək 361,5 milyon manat ƏDV geri qaytarılıb

2022-ci ilin sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox ƏDV geri qaytarılıb.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
Rəsmi məlumata görə, ötən il geri qaytarılan ƏDV məbləği 190,0 milyon manat olub ki, bu da 2021-ci illə müqayisədə 36,9 faizdən çoxdur. 
2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 64,3 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 77,5% çoxdur.
Xatırladaq ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə əsasən, nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin 15 faizdən 17,5 faizə qədər artırılıb.

Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR