"İmkan vermədilər ki, tapşırtdıraq..." - Millət vəkilindən "ASAN xidmət" haqda xoş sözlər


Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev öz "facebook" səhifəsində ASAN Xidmət barədə geniş bir status yazıb. Aktual.az həmin statusu təqdim edir.


“ASAN xidmət” rəhbəri İnam Kərimlinin qrup yoldaşım, yaxın dostum, əziz qardaşım olduğunu çoxları bilir. Bunu hətta son müsahibəmdə də xüsusi vurğu ilə qeyd etmişəm.


Və...dünən yolum bu xidmətin Yasamal filialı tərəfə düşdü. Bizim beyin qatımızın dərinliyində də mental erudisiya var axı...- hər ehtimal üçün tapşırtdırım, öncədən dedizdirim və s. Bu ovqatla binadan içəri keçmişəm. Özümü də kökləmişəm ki, ən xırda problem yaşansa dərhal dəyərli qardaşıma zəng edim. Hətta telefon da hazır vəziyyətdədir.


Amma, bütün sevdiklərimin canına and olsun, nə illah elədim, nə səbəb gəzdim alınmadı. Qarşıma çıxan bütün üzlər güldü, hər addımda ehtiram, diqqət gördüm, kiməsə zəng etməm üçün əlimə bir nədir, heç yarım bəhanə belə vermədilər.
ONLAR hamıya qarşı, hamı üçün belədirlər!


“ASAN xidmət”in ideya müəllifləri, təşkilatçıları, bu işi təməldən quran kəslər hər kimdirsə onların cəmi külliyyatını bağrıma basıram, hər birinə ayrı-ayrılıqda öz dərin minnətdarlığımı bildirirəm.


Dəyərli qardaşım İnam Kərimliyə isə xüsusən “çox sağ ol” deyirəm ki, rəhbərlik elədiyi qurumu da öz tərcümeyi –halı kimi saf şəkildə qoruyub, saxlayıb, bu günlərə qədər mükəmməlcə daşıya bilib.

Xəbər 3305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR