Əvəzolunmaz teatr və kino aktrisası Safurə Ibrahimova uzun illərdir qapalı həyat tərzi keçirir. Aktrisanı bu günlərdə təsadüfən yolda görən Gecce.az-ın əməkdaşı onunla söhbət etmək qərarına gəlib.
Özünü televizya, teatr, kino aləmindən təcrid edən aktrisanın jurnalistdən qaçmağı normal idi. Amma əməkdaşımız aktrisanı danışdıra bilib. Amma o, əlində yükü daşıması üçün razılaşmayıb. Deyəcəyi sözü isə bu olub:
“Məni necə tanıdız? Evə gedirəm, Gənclikdə oluram. Amma istəmirəm mənimlə evə qədər davam edəsən. Bu mənim təbiətimdi. İstəmirəm qonşular bizi görsün. Ehtiyac yoxdur mənə kömək edəsiz. İllərdir öz yükümü özüm daşıyıram. Bu vəziyyətə öyrənmişəm artıq. Taqətdən düşsəm belə yükümü heç kimə vermirəm. Neçə illərdir müalicədəyəm, xəstəyəm. Başımın carəsinə qalıram…” – deyən aktrisa evinin ünvanını belə bəlli etməmək üçün yolunu dəyişmək məcburiyyətində qalır. Aktrisanın taqətdən düşdüyünü və ona görə yolunun dəyişdiyini görən əməkdaşımız məcburiyyətdən yarı yoldan qayıdır.
Hətta Safura xanım onun fotosunu çəkməyə belə icazə verməyib: “Xahiş edirəm oğlum çəkmə, istəmirəm məni bu vəziyyətdə görsünlər”.
/ gecce.az