İlin ən çox qazanan aktrisaları

İlin ən çox qazanan aktrisaları
  • DÜNYA

"Modern Family" ("Müasir ailə") serialının ulduzu Sofi Verqara "Forbes" jurnalının açıqladığı "Ən çox qazanan kadın aktrisa" siyahısında lider olub.

Aktual.az  axşam.az-a istinadən xəbər verir ki, serialda "Qloriya" obrazını canlandıran kolumbiya əsilli amerikalı aktrisa son 1 ildə 43 milyon dollar qazanıb.

44 yaşlı aktrisa 5-ci dəfədir bu nominasiyada qalib gəlir.

24,5 milyonluq gəliri ilə "Big Bang Theory" serialının aktrisası Keli Kuoko ikinci pillədə yer alıb.

3-cü yeri isə 15 milyon qazanan "The Mindy Project"in aktrisası Mindi Kalinq tutub.

Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR