"İlhamə Quliyeva ölməyib, öldürülüb" - AĞIR SÖHBƏT


Bir neçə saat öncə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın evinə heç kim buraxılmır. Müğənninin Qutqaşınlı küçəsində yerləşən mənzilinin qarşısında olan əməkdaşımız xəbər verir ki, bina hazırda polis tərəfindən mühafizə olunur. Əməkdaşımızın sözünə görə, xalq artistinin evinin önündə böyük izdiham var. Polis binanın qapısının önündə duraraq, heç kimin binaya daxil olmasına icazə vermir. KİV-in nümayəndələri oraya daxil olmağa can atırlar. Elgiz Əkbər, Firuzə İbadova, Lamiyyə Ələkbərova xalq artistinin evinə daxil olmağa cəhd edirlər.

Primetime.az bildirir ki, Elgiz Əkbər də iddia edir ki, "İlhamə Quliyeva ölməyib, öldürülüb".

Əldə etdiyimiz məlumata görə, xalq artistinin cəsədi ekspertizaya aparılacaq.

// Aktual.az

Xəbər 12818 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR