"İlham Əliyevin Türkiyəyə səfəri böyük cəsarət tələb edirdi"


Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çox böyük nümunəvi bir addım idi.

Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olarkən bildirib.

“Son zamanlar bəzi böyük dövlətlər Türkiyədə səfirliklərini bağlamaq barədə bəyanatlar verirlər, vətəndaşlarını Türkiyədən geri çağırırlar. Bilirsiz ki, canlı bombanın istifadə edildiyi məqamlarda ölkə çox təhlükəsiz olur” -deyə söyləyən Əli Həsənovun sözlərinə görə, belə bir məqamda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri böyük cəsarət tələb edirdi: 

“Buna görə də son bir həftədir ki, cənab prezidentin Türkiyəyə səfəri demək olar ki, türk mediasının gündəmindən düşmür”.

Əli Həsənov həmçinin Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı Rusiyanın münasibətlərindən danışıb: “Biz çalışırıq ki, Rusiya ilə Türkiyə barışsın. Biz çalışırıq ki, bu iki ölkə arasında müəyyən qədər də kənardan yaradılan münasibətlər aradan qıldırılsın. Biz çalışırıq ki, hər iki dövləğt ortaq maraqları tapıb, keçmişə deyil, gələcəyə münasibətlərini qursun”.

Söhbət zamanı Azərbaycan - İran münasbitlərinə, həmçinin Azərbaycanın daxilində gedən proseslərə də toxunulub.

Xəbər 769 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR