İlham Əliyevin Gürcüstana səfəri başa çatıb

İlham Əliyevin Gürcüstana səfəri başa çatıb

 Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri noyabrın 6-da başa çatıb.

Aktual.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Tbilisinin Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Noyabrın 6-da prezident İlham Əliyevin Gürcüstana səfər çərçivəsində bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi bildirildi. Energetika, infrastruktur, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Gürcüstanın Baş naziri ölkəmizdə parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Daha sonra İrakli Qaribaşvilinin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR