Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinin proqramı açıqlanıb.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi saat 12:30-da Cumhurbaşkanlığı Külliyesində olacaq.
Məlumata görə, prezidentlərin təkbətək görüşü Cumhurbaşkanlığı Külliyesində saat 12:45-də baş tutacaq.
İlham Əliyevin sədrliyi ilə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da Cumhurbaşkanlığı Külliyesində keçiriləcək. Proqrama əsasən, toplantı saat 13:45-də başlayacaq.
Saat 15:00-da tərəflər arasında razılaşmaların imzalanması və mətbuata ortaq açıqlama verilməsi planlaşdırılır.
Qeyd edək ki, sözügedən tədbir də Cumhurbaşkanlığı Külliyesində həyata keçiriləcək.
Saat 15:30-da isə Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə Cumhurbaşkanlığı Külliyesində nahar veriləcək.
Xatırladaq ki, fevralın 13-də Türtkiyənin paytaxtı Ankarada baş verən terror aktı nəticəsində 37 nəfər ölüb. 125 nəfər yaralanıb. Terrorla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 15-də Azərbaycana olan səfəri təxirə salınıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Ankarada keçirilməsinə qərar verilib.