İlham Əliyev və Ərdoğanın görüşü zamanı səmimi anlar — FOTO + VİDEO

İlham Əliyev və Ərdoğanın görüşü zamanı səmimi anlar   — FOTO + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışından sonra “Space” televiziyasının müxbirinin sualını cavablandırıblar.

Aktual.az  AzərTaC-a istinadən xəbər verir ki, kamera önünə keçən prezidentlərin olduqca səmimi olduqları diqqətdən yayınmayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyə ilə hər zaman bir yerdədir və bir yerdə olacaq. 

“Əziz qardaşımın dediyi kimi, bu gün buraya gələnlərin mütləq əksəriyyəti Türkiyəyə, əziz qardaşıma dəstək vermək üçün gəlib. Bu, çox böyük uğurdur. Türkiyə yenə də bütün dünyanı dəvət etdi, öz ətrafına yığdı. İnşallah, daha da gözəl günlərimiz olacaq, bax, həmişə belə, bərabər”.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Azərbaycan və Türkiyənin dostluğu və qardaşlığı əbədidir.

 
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR