İlham Əliyev: "Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək"

İlham Əliyev:

"Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək".
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya təbrik məktubunda deyilir.
Dövlət başçısı qeyd edib ki, bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilib.
"Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - Azərbaycan Prezidenti vurğuılayıb.


Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR