İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidentini təbrik etdi

İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: "Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Monteneqro münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz növbəti dövrdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".
 
Aktual.az
Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR