Aktual.az xəbər verir ki, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına "Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verib.

Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.