İlham Əliyev Cənubi Afrika Respublikasının prezidentini təbrik edib

İlham Əliyev Cənubi Afrika Respublikasının prezidentini təbrik edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram"

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR