İki yük maşını toqquşdu - Ölənlər var

İki yük maşını toqquşdu   - Ölənlər var

Şabranda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonu ərazisində “Kamaz” və “Ford” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub, “Ford” markalı yük avtomobilində sıxılan vəziyyətdə qalan sürücü və sərnişinin cəsədlərini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. 

Əməliyyat saat 4:32-də başa çatıb. 

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR