İcra məmurlarının səlahiyyətləri artırılır

İcra məmurlarının səlahiyyətləri artırılır

Azərbaycanda icra məmurlarının səlahiyyətləri artırılır.

Aktual.az AzVision.az- istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İclasda müzakirəyə çıxarılan "İcra məmurları haqqında" qanuna təklif olunan dəyişikliyə görə, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət ediləcək.

Dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR