Hökumət rəsmiləri "Günəşli" yatağında - FOTOLAR

Hökumət rəsmiləri

SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev bu gün "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza ilə əlaqədar hadisə yerində olublar.
Aktual.az "Report"a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, əraziyə baxış keçirən hökumət rəsmiləri baş verən yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində tanış olub.
Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılan qərargahda birgə müşavirə keçirib, qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.

Xəbər 915 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR