"Hökumət çalışır ki, devalvasiyanın mənfi nəticələri aradan qaldırılsın" -Əli Həsənov


Süni qiymət artımı ilə bağlı müvafiq qurumlar artıq açıqlama verib.

İqtisadiyyat və Sənaye Nazirliyi, Nazirlər Kabineti və digər qurumlar artıq bu işlə məşğuldur.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə deyib.

Ə.Həsənov bildirib ki, hazırda Azərbaycan hökuməti çalışır ki, devalvasiyanın mənfi nəticələri aradan qaldırılsın, xüsusən bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələr, pensiyaçılar, əlillər, dövlət yardımı ilə daha çox öz həyatını quran insanlar bu devalvasiyanın nəticələrindən qurtarsın:

"Digər sahələrdə də tədbirlər görülür. O cümlədən, dövlət çalışır ki, dərman preparatlarının, ərzaqların qiyməti, idxal-ixrac əməliyyatları, korrupsiya, monopoliya hallarının hələ də haradasa ilişib qalmış sahələri ilə mübarizə aparsın. Eyni zamanda, dövlət çalışır ki, həm bazar iqtisadiyyatı mexanizmləri, həm də hakimiyyətin bu və ya digər sahələrə müdaxiləsi yolu ilə devalvasiyanın sosial nəticələrini aradan qaldırsın".

Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR