Hindistanda mədrəsədə partlayış: xəsarət alanlar var

Hindistanda mədrəsədə partlayış: xəsarət alanlar var
  • DÜNYA

Hindistanın Cammu və Kəşmir ştatının Pulvamə dairəsinin Sinqu Nərbal kəndindəki bir mədrəsədə baş verən partlayış nəticəsində 17 şagird xəsarət alıb.

"Report” "Window to News”ə istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, zərərçəkənlərdən daha ağır vəziyyətdə olan 6 nəfər ştatın paytaxtı Srinəgər şəhərindəki xəstəxanaya, qalan 11 nəfəri isə yerli dairə xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, hadisəyə səbəb şagirdlərdən birinin çantasında sinifə gətirdiyi qumbara ilə oynaması olub.
Hadisə barədə xəbərin yayılması kənd sakinlərilə asayiş keşikçiləri arasında toqquşmaya səbəb olub.
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR