Hicran Hüseynovanın dindirilməsi əsassızdır - 170 min dollar dələduzluq qalmaqalı

Hicran Hüseynovanın dindirilməsi əsassızdır   - 170 min dollar dələduzluq qalmaqalı

Vəkil Kamandar Nəsibov Bakı şəhər sakini Eynur Kərimova qarşı 170 min dollarlıq dələduzluq edilməsi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəsatət verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə E.Kərimovun vəkili K.Nəsibov bildirib.

Vəkil vəsatətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın istintaqda dindirilməsini və əlavə istintaq hərəkətlərinin aparılmasını istəyib. Onun sözlərinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vəsatəti təmin etməyib: "İdarə indiki mərhələdə Hicran Hüseynovanın dindirilməsini əsasız hesab edib".

Qeyd edək ki, vətəndaş E.Kərimov 170 min ABŞ dollar məbləğində vəsaiti AQUPDK-nun sabiq Aparat rəhbəri S.İmanova rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunması üçün verdiyini bildirib. S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nin Aparat rəhbəri vəzifəsindən azad edilib.

Bu iş üzrə Komitədən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Xəbər 716 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR