Həyətləri su basdı - İnsanlar köməksiz vəziyyətdə qaldı

Həyətləri su basdı   - İnsanlar köməksiz vəziyyətdə qaldı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda, yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub. 

Aktual.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib. 

Əməliyyat saat 16:05-də başa çatıb. 

Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR