Heydər Əliyev prospektində yenilik – FOTO

Heydər Əliyev prospektində yenilik   – FOTO

Sürücülərin işi asanlaşıb.

Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətinin nizamlanmsı daha da gücləndirilib.

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, prospektin əsas yolundan köməkçi yola daxil olan sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq işıqqaytarıcı dirəklər qurulub.

Belə ki, əvvəllər H.Əliyev prospekti ilə “Koroğlu” metrosu istiqamətində hərəkət edən sürücülər köməkçi yola çıxan zamanı onların yoluna köməkçi yolda hərəkət edən maşınlar çıxırdı.

Hazırda isə əsas yoldan köməkçi yola olan keçiddə müvafiq dirəklər qurulub. Bununla da prospektin əsas yolundan köməkçi yoluna keçən sürücülərin işi xeyli asanlaşıb.

Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR