Hesablama Palatasının mətbuat katibi Zeynəb Kazımova tutduğu vəzifədən ayrılıb.
Aktual.az xəbər verir ki, o, bu barədə öz "Facebook" hesabında paylaşım edib.
Z.Kazımova öz ərizəsi ilə vəzifəsindən ayrıldığını bildirib.
Qeyd edək ki, Z.Kazımova Palatanın mətbuat katibi vəzifəsinə martın 31-də təyin edilmişdi.
Xəbər 651 dəfə oxunub.