Həkimlərin maddi təminatları yaxşılaşdırılacaq

Həkimlərin maddi təminatları yaxşılaşdırılacaq

Azərbaycanda özəl tibb sektoruna dövlət müəssisələrindən təcrübəli həkim personalı axınının qarşısının alınması məqsədi ilə səhiyyə işçilərinin maddi təminatı yaxşılaşdırılacaq.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün bağlanan Baş Kollektiv Sazişdə götürülən öhdəliklər sırasında əksini tapıb.

Eyni zamanda 2016-2017-ci illərdə müəssisə və təşkilatların mənzilə ehtiyacı olan işçilərinin mənzillə təmin edilməsinin təşkili və Mənzil Məcəlləsinə uyğun olaraq qəza vəziyyətində olan yaşayış sahələrinin (mənzillərin, binaların) mülkiyyətçi orqanları (nazirlik, komitə, birlik və digər) tərəfindən tədricən yararlı vəziyyətə gətirilməsi və burada yaşayanların təhlükəsizliyinin təmin edilməsi də bu öhdəliklər sırasındadır. İş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitariya-gigiyena normalarının işlənilib hazırlanacaq. Tərəflər əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsi, tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarətin gücləndirilməsi, müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında nümunəvi qaydaların hazırlanıb qəbul olunması, ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə təkliflərin hazırlanması barədə də öhdəlik götürüblər.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR