Həbsxanada uşaq dünyaya gətirən azadlıq istədi

Həbsxanada uşaq dünyaya gətirən azadlıq istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başlayıb.

Aktual.az  APA-ya istinadən bildirir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Cəfərova deyib ki, iki il öncə həbs edilərkən hamilə olub.
 
O, həbsxanada uşaq dünyaya gətirdiyini və uşağa baxmaq üçün barəsində olan cinayətinə xitam verilməsini istəyib: "Qızım 1 yaş 8 aylıqdır. Sizdən xahiş edirəm ki, vəziyyətimi nəzərə alaraq, körpənin qayğısına qalmaq üçün məni həbsdən azad edəsiniz".
 
Məhkəmə baxışı sentyabrın 30-na təyin edilib.
 
Xatırladaq ki, E.Cəfərova 2014-cü ildə oğurluqda təqsirləndirilərək 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR