Hakimlərin 60-70 faizi yeni qaydalarla seçilib - Nazir müavini

Hakimlərin 60-70 faizi yeni qaydalarla seçilib - Nazir müavini

"Azərbaycanda məhkəmələrin fəaliyyəti göz qabağındadır. Hər kəs "Elektron məhkəmə" informasiya sisteminə daxil olaraq, hakimlər, baxılan işlər barədə məlumat ala bilər".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
Nazir müavini qeyd edib ki, ölkədə yeni məhkəmə binaları inşa edilib: "Bu cür işlər hakimləri daha da məsuliyyətli edir".
A.Cəfərov vurğulayıb ki, hakimlə ictimaiyyətin ünsiyyəti yalnız məhkəmə zalında baş verir: "Bu da onunla əlaqədardır ki, hər hansı qeyri-prosessual hadisə baş verməsin. Hakim korpusunun sağlamlaşdırılması ilə bağlı xeyli işlər görülüb. Yəqin ki, məlumatınız var, xeyli hakim cəzalandırılıb, sistemdən uzaqlaşdırılıb. Azərbaycanda məhkəmə sistemi ilə bağlı ən mütərrəqi qaydalar tətbiq olunur. Artıq hakimlərin 60-70 faizi yeni qaydalarla seçilənlərdir".
 
Aktual.az
Xəbər 113 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR